BAKI, 19 yanvar. TELEQRAF
İranın məhkəmə sisteminin rəisi Qulamhüseyn Mohseni-Ejei etirazçıları “qiyamçı və iğtişaşçı” adlandırıb.
Teleqraf xəbər verir ki, məhkəmə sisteminin rəhbəri etirazçıların cəzalandırılacağını da açıqlayıb.
“Qiyam hadisələri ilə bağlı işlər ən qısa zamanda sürətlə və dəqiqliklə araşdırmaqla, çıxarılan hökmlər daha təsirli və çəkindirici olacaq. Cəzaların vaxtında və gecikmədən icrası çəkindiriciliyin əsas elementlərindən biridir. Qiyamçılarla bağlı işlərin araşdırılmasında ən kiçik gecikməyə belə yol verməyəcəyik”, - Mohseni-Ejei vurğulayıb.