BAKI, 16 yanvar. TELEQRAF

Güney azərbaycanlı insan haqları fəalı, Nobel sülh mükafatı laureatı Nərgiz Məhəmmədinin X sosial şəbəkəsindəki səhifəsində Beynəlxalq Əfv Təşkilatının İranda etirazçıların qətlinə son qoyulması ilə bağlı petisiyası paylaşılıb.

Teleqraf xəbər verir ki, paylaşımda beynəlxalq ictimaiyyət İranda etirazçıların rejim tərəfindən qətlə yetirilməsinin qarşısını almaq üçün dərhal hərəkətə keçməyə çağırılıb.

“İran rejimi dinc xarakter daşıyan və rejimin süqutunu tələb edən etirazları boğmaq üçün misli görünməmiş, ölümcül repressiya həyata keçirir. Təhlükəsizlik qüvvələri ölümcül və qanunsuz gücdən istifadə edir, bu da kütləvi qətl və dəhşətli xəsarətlərə səbəb olur”, - Nərgiz Məhəmmədi bildirib.

Xatırladaq ki, güney azərbaycanlı fəal hazırda İranda həbsdədir.