BAKI, 13 yanvar. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp etirazçıların öldürülməsinə görə molla rejimini cəzalandırmaq üçün İrana zərbə endirməyə meyllidir, amma bu, onun son qərarı deyil, digər variantlar da müzakirə olunur.
Teleqraf xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadla məlumat yayıb.
Ağ Evdəki mənbənin sözlərinə görə, Tramp etirazçılar öldürüləcəyi təqdirdə İran rejiminə zərbə endirəcəyi ilə hədələsə də, bombardmanın Tehrandakı vəziyyəti dəyişdirə biləcəyi hələ də bəlli deyil.
Donald Trampın bu gün milli təhlükəsizlik üzrə komandası ilə görüşündə bu variantları müzakirə edəcəyi gözlənilir.