BAKI, 12 yanvar. TELEQRAF

“Dünya oyanmalıdır, BMT-də İranla bağlı təcili iclas keçirilməlidir”.

Teleqraf xəbər verir ki, bu barədə BMT-nin Monitorinq Qrupu sosial media hesabında bildirib.

ABŞ Prezidenti Donald Tramp bundan əvvəl bəyan etmişdi ki, Vaşinqton İranda etirazların zorakılıqla yatırılmasına cavab olaraq, çox sərt variantları nəzərdən keçirir.