BAKI, 12 yanvar. TELEQRAF
ABŞ-nin İranda davam edən ümumxalq etirazları fonunda ölkəyə istənilən müdaxiləsi Yaxın Şərqdə müharibənin yeni mərhələsinə səbəb ola bilər.
Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadla məlumat yayıb.
“Ağ Evdə narahatdırlar ki, ABŞ-nin istənilən cavabı regionda gərginliyin eskalasiyasına gətirib çıxara, potensial olaraq ABŞ-İsrail və İran arasında birbaşa toqquşmanı təhrik edə bilər”, - nəşr yazıb.