BAKI, 12 yanvar. TELEQRAF
“İran rejimi aciz vəziyyətdədir, soyqırımı törədir. Hər keçən gün daha çox insan öldürülür. Bu alçaqlar artıq kifayət qədər terroru yayıb və çoxlu sayda günahsızı qətlə yetiriblər”.
Teleqraf xəbər verir ki, bunu ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin nümayəndəsi Mark Levin deyib.
“Artıq danışıq üçün heç nə qalmayıb. Onların cəhənnəmə göndərilməsinin vaxtı çatıb”, - o bildirib.