BAKI, 8 yanvar. TELEQRAF
“İran müxalifətinin lideri kimi şahzadə Rza Pəhləvi ilə görüşməyin vaxtı çatıb”.
Teleqraf xəbər verir ki, bu barədə sosial mediada Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasa müraciət edən Avropa Parlamentinin üzvü Çarli Vaymers deyib.
“Yaşasın İran xalqı. Zalıma ölüm”, - avropalı parlamentari bildirib.
Xatırladaq ki, Rza Pəhləvi İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğludur. Hazırda ABŞ-də yaşayan Rza İran hakimiyyətinə iddialıdır. Dekabrın sonunda İranda başlayan ümumxalq etirazlarının iştirakçıları onu ölkəyə qayıdıb hakimiyyəti götürməyə çağırırlar.