BAKI, 7 yanvar. TELEQRAF
İranda rejim əleyhdarları davam edən etiraz aksiyaları zamanı bir neçə küçənin adını “Donald Tramp” olaraq dəyişdiriblər.
Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Qeyd edək ki, İranda yerli valyutanın devalvasiyası ilə bağlı etirazlar dekabrın sonlarında başlayıb.