BAKI, 7 yanvar. TELEQRAF

Təbriz şəhəri də İranda davam edən ümumxalq etirazlarına qoşulub.

Teleqraf xəbər verir ki, bu barədə İranın Teleqram kanalları məlumat yayıb.

Bildirilib ki, Təbriz bazarı ümumxalq etiraz aksiyalarına dəstək olaraq bağlanıb və tətil elan edib.

Xatırladaq ki, İranda etirazlar 2025-ci ilin dekabr ayının sonlarında yerli valyutanın devalvasiyası səbəbindən başlayıb. Bundan sonra İran Mərkəzi Bankının rəhbəri Məhəmməd Fərzin istefa verib. Onun yerinə Əbdülnasir Hemməti təyin edilib.

İranın bir neçə şəhərində etirazlar polislə toqquşmalara çevrilib, aksiyalar zamanı hakimiyyətə qarşı şüarlar səsləndirilir. Həm təhlükəsizlik qüvvələri, həm də etirazçılar arasında itkilər var.