BAKI, 5 yanvar. TELEQRAF
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Venesuela Prezidenti Nikolas Maduronun ABŞ tərəfindən həbsini “adam oğurluğu” adlandırıb.
Teleqraf xəbər verir ki, o, ölkələri Venesuelada baş verənlərə laqeyd qalmamağa çağırıb.
“Bu, çox təhlükəli hadisədir. Məsuliyyətli və qanuni suverenliyə iddia edən heç bir ölkə belə bir vəziyyətə laqeyd qala bilməz”, - Bəqayi qeyd edib.
İranlı diplomat İsrailin ölkəsinə mümkün hərbi müdaxiləsinə də diqqət çəkib:
“İslam Respublikası və Silahlı Qüvvələrimiz İran ərazisini açıq gözlə izləyir, İsrailin sözlərinə etibar etmirik və etməyəcəyik”.