BAKI, 29 dekabr. TELEQRAF

İsrail bu gün səhər saatlarında Qəzza zolağının şimalında bir neçə bölgəyə hava zərbələri endirib və artilleriya atəşi açıb.

Teleqraf xəbər verir ki, bu barədə “Sky News Arabia” məlumat yayıb.

Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhəri İsrailin hava zərbələrinə məruz qalıb.

İsrail qüvvələri zolağın cənubunda yerləşən Rəfah şəhərinin Mavasi qəsəbəsini artilleriya atəşi ilə vurub. Bununla yanaşı, İsrail hərbi aviasiyası Qəzza zolağının mərkəzində yerləşən Əl-Bureyc qaçqın düşərgəsi və bölgənin şimal-şərqinə hava zərbələri endirib.

Məlumata görə, İsrail artilleriyası Qəzza zolağının cənubunda yerləşən Xan Yunisi də hədəfə alıb.