BAKI, 27 dekabr. TELEQRAF

İranın Tehran əyalətinin dörd su anbarının yalnız üç faizi doludur.

Teleqraf xəbər verir ki, bunu Tehran valisi Məhəmməd Sadiq Mötəmedi deyib.

“İnsanlar quraqlıq probleminin son yağışlarla həll olunduğunu düşünməməlidirlər, hələ də suya qənaət etməliyik. Tehran əyaləti altıncı quraqlıq ilini yaşayır və bu su ilində cəmi 15 millimetr yağış düşüb. Hazırda əyalətin dörd su anbarının yalnız üç faizi doludur”, - vali bildirib.