BAKI, 12 dekabr. TELEQRAF

İran Hərbi Hava Qüvvələri (HHQ) ən yüksək döyüş hazırlığı vəziyyətindədir.

Teleqraf xəbər verir ki, bunu İran HHQ-nin 3-cü hərbi hava bazasının komandiri Qulaməli Təhmasebi deyib.

“Hərbi Hava Qüvvələri ən yüksək hazırlıq səviyyəsindədir. İraqla müharibədən əlavə, 12 günlük müharibə təcrübəsindən də keçdik. Bu da bizə zəif cəhətlərimizi ört-basdır etməyə və mövcud ən son imkanlar və texnologiyalardan yararlanmağa kömək etdi”, - o bildirib.