BAKI, 6 dekabr. TELEQRAF
Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Dohada Qətər əmirinin milli təhlükəsizlik müşaviri Məhəmməd bin Əhməd əl-Misnəd ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə prezidentin köməkçisi X sosial şəbəkəsində məlumat verib.
Görüşdə ikitərəfli münasibətlər, eləcə də regional və beynəlxalq hadisələr müzakirə edilib.