BAKI, 5 dekabr. TELEQRAF
İranın paytaxtı Tehran şəhəri ciddi ekoloji problemlərlə üz-üzə qalıb.
Teleqraf xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian məlumat verib.
Dövlət başçısı İran vətəndaşlarını daha təhlükəli ekoloji vəziyyətə hazır olmağa çağırıb.
“Ayağımızın altını boşaltmışıq, çayların suyunu daşımışıq, indi də Tehran, Kərəc və ətraf şəhərlər su problemi və ekoloji problemlərlə üz-üzədir. Torpaq sürüşmələri baş verir, təhlükəli bir gələcək bizi gözləyir. İdarəetməni düzgün qurmalıyıq, heç bir qərarı elmi mülahizələr olmadan qəbul etməyəcəyik”, - Məsud Pezeşkian vurğulayıb.