BAKI, 28 oktyabr. TELEQRAF
“Müharibə hələ də gündəmin başında dayanır və iştirak vacibdir. Cəbhələr doldurulmalı, qüvvələr vaxtında döyüş meydanına yönləndirilməlidir. Düşmən məqsəd qoyub ki, bizi məhv etsin”.
Teleqraf xəbər verir ki, bu sözləri İranın ali dini rəhbərinin Rəzəvi Xorasan vilayətindəki (Məşhəd şəhəri) nümayəndəsi Əhməd Aləmülxuda deyib.
“Bu gün qarşı tərəf xalqımızın hazırlığını zəiflətməyə çalışır, bunlar Qərbə bağlı qruplardan gəlir. Əvvəlki danışıqlardan əldə olunan nəticələr səmərəsiz olub, amma hələ də xalqın məlumatsızlığı səbəbindən bu yol davam edir. Müdafiə hissi yaratmaq əvəzinə, yalnız xarici təzyiqlər səbəbindən buna vurğu edilir”, - o qeyd edib.