BAKI, 26 sentyabr. TELEQRAF
Böyük Britaniyanın keçmiş Baş naziri Toni Bler Qəzza zolağının keçid idarəetmə orqanının rəhbəri olmaq istəyir.
Teleqraf xəbər verir ki, bu barədə “The Economist” nəşri yazıb.
Bildirilir ki, Blerin əsasını qoyduğu “Tony Blair Institute” (TBI) adlı QHT belə bir orqanın layihəsinin yaradılması ilə məşğuldur. Bu orqanın BMT-nin mandatı altında "ali siyasi və qanuni hakimiyyət" kimi fəaliyyət göstərməsi nəzərdə tutulur. Qəzzanın idarə edilməsini 25 nəfərlik katibliyə və 7 nəfərlik şuraya həvalə etmək istəyirlər.
Blerin Qəzza zolağının idarə edilməsinə cəlb olunması Yaxın Şərqdə narazılıq yarada bilər, çünki siyasətçi 2003-cü ildə ABŞ-nin İraqa müdaxiləsini dəstəkləyib. Onu nə HƏMAS-ın, nə Fələstin rəhbərliyinin, nə də İsrailin dəstəkləmədiyi bildirilir.