BAKI, 18 sentyabr. TELEQRAF

İsraillilər nə Qərbə, nə də Şərqə etibar edirlər, onların Rusiyaya da münasibəti birmənalı deyil

Teleqraf xəbər verir ki, bu barədə “Jerusalem Post” yazıb.

Nəşr Tramp-Putin görüşünün İsrail üçün nə demək olduğunu öyrənmək üçün iki mərhələli araşdırma aparıb. Avqustun 10-12-də Alyaskadakı görüşdən bir qədər əvvəl, ardınca isə 20-30 avqustda Geokartoqrafiya İnstitutunun dəstəyi ilə 14 ekspert arasında sorğu keçirilib.

İsrailli ekspertlərə görə, avqustun 15-də Alyaskada keçirilən görüş Yaxın Şərqin geosiyasi mənzərəsini dəyişdirməli idi. Həmçinin sorğuda iştirak edən sıravi 1009 israillinin əksəriyyəti görüşün keçirildiyinin, demək olar ki, fərqinə varmayıb.

İsrail qəzeti ekspertlərindən birinə istinadla bildirib:

“İsrail artıq heç kimin piyadası olmayacaq, bədəli nə ol-olsun. 15 avqust liberal dünya düzəninin sonunun başlanğıcı oldu. Amma İsrail burada həqiqətən faydalana bilər. Əgər biz köhnə doqmalardan əl çəkə bilsək, çoxqütblü dünya manevr üçün daha çox yer təklif edir”.