BAKI, 9 sentyabr. TELEQRAF
İranın xarici işlər naziri Abbas Əraqçi Misirə səfər edəcək.
Teleqraf xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bildirib.
Onun sözlərinə görə, səfər zamanı nazir Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi ilə görüşəcək.
"Görüşdə İranla AEBA arasında yeni əməkdaşlıq mexanizmləri və aparılan danışıqların nəticələri müzakirə ediləcək".