BAKI, 9 iyul. TELEQRAR

Tramp Administrasiyası Suriyanın keçid hökumətinin Prezidenti Əhməd əl-Şaraanın rəhbərlik etdiyi "Heyət Təhrir əş-Şam" (HTŞ) qrupunu xarici terror təşkilatı kimi tanımayacaq.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio bildirib.

Rubio deyib ki, bu qərar HTŞ-nin özünü buraxdığını elan etməsi və Suriyanın yeni rəhbərliyinin terrorizmlə mübarizəyə sadiqliyini göstərməsi ilə əlaqədardır:

“Bu addım iyunun 30-da imzalanan "Suriyaya sanksiyaların ləğvi haqqında" Fərmanın davamıdır və Prezident Əhməd əl-Şaraanın rəhbərlik etdiyi yeni Suriya hökumətinin müsbət fəaliyyətlərini tanıyır. Terror siyahısından çıxarılma Trampın sabit, vahid və sülh içində olan Suriya vizyonunun həyata keçirilməsində mühüm mərhələdir".