BAKI, 2 iyul. TELEQRAF
İsrail hərbi qüvvələri gecə saatlarında Suriya ərazisində keçirdiyi reyd zamanı İrana bağlı terrorçu qruplaşmanın üzvlərini saxlayıb.
Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Açıqlamaya görə, hərbçilər Suriyanın cənubundakı iki sərhəd yaşayış məntəqəsi ərazisində əməliyyat keçirib. Reydlərin keçirilməsi barədə qərar son həftələrdə müxtəlif dindirmələr zamanı əldə edilən kəşfiyyat məlumatlarına əsasən verilib.
Bildirilib ki, əməliyyat İran tərəfindən idarə olunan terrorçu qruplaşmanın bir neçə üzvünün saxlanılması ilə nəticələnib. Reyd keçirilən ərazidə silah-sursat, o cümlədən atıcı silahlar və qumbaralar ələ keçirilib.