BAKI, 1 iyul. TELEQRAF
İran xarici işlər naziri Abbas Əraqçi ABŞ tərəfinin ölkəsinə hücumun təkrar olunmayacağına dair zəmanətini Vaşinqtonla danışıqların bərpası üçün zəruri şərt adlandırıb.
Teleqraf xəbər verir ki, o, bunu “CBS News” telekanalına müsahibəsində deyib.
“Danışıqların bu qədər tezliklə davam etdiriləcəyini düşünmürəm. Əgər amerikalılar danışıqlar zamanı bir daha hücum etməyəcəklərinə dair zəmanət versələr, danışıqların bərpası barədə qərar qəbul edəcəyik. Ona görə də qərar qəbul etmək üçün daha çox vaxt lazımdır”, - nazir vurğulayıb.