BAKI, 24 iyun. TELEQRAF
İyunun 13-dən etibarən İsrailin həyata keçirdiyi hücumlar nəticəsində İranda azı 606 nəfər həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb.
"Onların təxminən 95%-i dağıntılar altında qalaraq həyatını itirib, təxminən 5%-i isə yaralı halda xəstəxanaya çatdırılsa da, orada vəfat edib", – məlumatda deyilir.