BAKI, 24 iyun. TELEQRAF
İran Hərbi Hava Qüvvələri bu gün səhər saatlarında İsrailin Hayfa və Ramat David şəhərlərindəki hərbi hava bazalarına raket zərbələri endirib.
Teleqraf xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bundan əvvəl İran və İsrail arasında atəşkəs razılaşmasının əldə olunduğunu açıqlayıb. İyunun 24-də səhər saatlarında atəşkəs razılaşmasının qüvvəyə mindiyi bildirilib.