BAKI, 23 iyun. TELEQRAF
ABŞ və İsrailin İrana qarşı hücumlarının ciddi qlobal nəticələr doğura biləcək.
Teleqraf xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
“ABŞ və İsrailin hərəkətləri yalnız İran üçün deyil, bütün Yaxın Şərq regionu, beynəlxalq ictimaiyyət və beynəlxalq hüquq üçün böyük təhlükə yaradır”, — nazir vurğulayıb.
O, əlavə edib ki, bu hücumlar açıq-aşkar aqressiya xarakteri daşıyır, halbuki İran özünü qanuni müdafiə çərçivəsində qoruyur.
Əraqçi eyni zamanda, mövcud gərginliyin dərinləşməsində məsuliyyətin tamamilə ABŞ və İsrailin üzərində olduğunu qeyd edib və beynəlxalq ictimaiyyəti vəziyyətə ciddi reaksiya verməyə çağırıb.