BAKI, 23 iyun. TELEQRAF
İran və İsrail arasında genişlənən münaqişə və ABŞ-nin İranın nüvə obyektlərinə zərbələri fonunda ölkənin Ali rəhbəri Əli Xamenei ilə əlaqə yaratmaq son dərəcə çətinləşib.
Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Qəzet İran rəsmilərinə istinadla yazıb: “Xamenei ilə ünsiyyət son dərəcə çətindir. Mesajlar ayrı-ayrı şəxslər vasitəsilə ona yazılı şəkildə çatdırılır”.
Rəsmilər əlavə edib ki, Xamenei internet və ya elektron əlaqə vasitələri olmayan gizli bunkerə sığınıb.
Rəsmilər ABŞ-nin ölkənin nüvə obyektlərini hədəf alan zərbələrinə necə cavab veriləcəyi ilə bağlı İran daxilində fikir ayrılıqlarının olduğunu da bildiriblər.