BAKI, 23 iyun. TELEQRAF
İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei İsrailə qarşı "cəzanın davam edəcəyini" vəd edib.
Teleqraf xəbər verir ki, bu barədə o, İsrailin İrana qarşı hücumlarına ABŞ-nin də qoşulmasından sonra sosial mediada paylaşdığı ilk bəyanatında yazıb.
"Sionist düşmən böyük bir səhv edib, böyük bir cinayət törədib; o cəzalandırılmalıdır və cəzalandırılır; o, məhz indi cəzalandırılır", - Xamenei “X” sosial şəbəkəsində yazıb.
Paylaşım həmçinin yanan binaların fonunda Davud ulduzunu daşıyan yanan kəllə təsviri ilə müşayiət olunub.