
BAKI, 20 iyun. TELEQRAF
Gərginliyin başlanğıcından bəri İran ABŞ ilə birbaşa əlaqə yaratmağa cəhd etməyib.
Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, vasitəçilər vasitəsilə əlaqələr yalnız Vaşinqtonun təşəbbüsü ilə həyata keçirilib.