BAKI, 19 iyun. TELEQRAF
Israil Hərbi Hava Qüvvələrinə məxsus 20-yə yaxın döyüş təyyarəsi İranın qərbində raket bazaları və İran ordusunun canlı qüvvəsinə zərbələr dalğasını tamamlayıb.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Sözügedən bölgədə İran Silahlı Qüvvələrinin çoxsaylı hərbi hədəflərinin məhv edildiyi bildirilib.
İsrail Müdafiə Qüvvələrinin rəsmisi “Reuters”ə deyib ki, iyunun 13-dən davam edən hücumlar zamanı İran ordusunun raket buraxılış qurğularının üçdə ikisi məhv edilib.