BAKI, 19 iyun. TELEQRAF

“İsrail ordusunun hərbi əməliyyatları hələ tamamlanmayıb, İranın çətin günləri hələ qabaqdadır”.

Teleqraf xəbər verir ki, bunu İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamir deyib.

“Biz ekzistensial təhlükəni əhəmiyyətli dərəcədə aradan qaldırmaq üçün ciddi səy göstəririk. Kampaniya hələ tamamlanmayıb, çətin günlər hələ qabaqdadır. İsrail cəmiyyətinə qələbə gətirmək üçün əlimizdən gələni edəcəyik”, - general vurğulayıb.