BAKI, 18 iyun. TELEQRAF

“Rusiya ABŞ-yə İsrailə birbaşa hərbi yardım göstərməməsi, hətta bu məsələ ilə bağlı spekulyativ bəyanatlardan belə çəkinməsi barədə xəbərdarlıq edib”.

Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

“ABŞ hər zaman bütün proseslərin önündədir və əvvəllər müdaxilə etmədiklərini söyləmək, məncə, yanlış olardı. Onların İsrailə birbaşa hərbi yardım göstərilməsi baxımından vəziyyətə necə baxdıqları başqa məsələdir. Vaşinqtonu belə spekulyativ və nəzəri variantlar barədə belə xəbərdar edirik. Bu, bütün vəziyyəti kökündən destabilləşdirəcək bir addım olardı”, - Ryabkov vurğulayıb.

Rusiya rəsmisi hesab edir ki, ABŞ bu baxımdan bu barədə heç düşünməməlidir.