BAKI, 13 iyun. TELEQRAF

İsrailin hücumları zamanı İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin komandanı Əmirəli Hacızadə də daxil olmaqla azı 20 yüksək rütbəli hərbçi öldürülüb.

Teleqraf xəbər verir ki, öldürülən şəxslərdən bəzilərinin adları açıqlanmayıb.

İsrailin hava hücumu zamanı öldürülən yüksək rütbəli İran rəsmiləri:

İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Salami

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqiri

İranın Ali Rəhbəri Seyid Əli Xameneinin müşaviri Əli Şamxani

İran Silahlı Qüvvələrinin “Hatəm-əl-Ənbiya” Qərargahının rəisi Qulam Əli Rəşid

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı Əmirəli Hacızadə

Nüvə alimləri:

Məhəmməd Mehdi Tehrançi

Fereydun Abbasi

Əbdülhəmid Minüçöhr

Əhmədrza Zülfüqari

Seyid Əmirhüseyn Fəqhi

Mətləbizadə

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarında İrana zərbələr endirib. Hücum zamanı ölkənin Fordo və Natantz nüvə obyektləri, eləcə də hərbi bazaları hədəfə alınıb. İranın Atom Enerjisi Təşkilatı Natanz nüvə obyektinin məhv edildiyini təsdiqləyib.

İran isə bir neçə saat sonra cavab zərbələrinə başlayıb. Tehran İsrail istiqamətində 100-dən çox pilotsuz təyyarə göndərib.