BAKI, 13 iyun. TELEQRAF

İsrailin Təbrizə hücumu nəticəsində 18 nəfər ölüb, 35 nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

***

17:55

Təbrizdə İsrailin hava hücumları nəticəsində azı 8 nəfər ölüb.

Teleqraf xəbər verir ki, bu barədə Şərqi Azərbaycan vilayətinin Fövqəladə Hallar İdarəsinin rəhbəri Məcid Farşi məlumat verib.

Onun sözlərinə görə, hücumlar zamanı daha 12 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Farşi bildirib ki, hadisə nəticəsində zərərçəkənlərin sayı arta bilər, axtarış-xilasetmə işləri davam etdirilir.

***

09:24

İsrailin İran Təbriz şəhərində yerləşən 5 hərbi nöqtəyə hava zərbəsi endirdiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Korpusuna yaxınlığı ilə tanınan “Sepahnews” portalı məlumat yayıb.

Hücum nəticəsində 2 nəfər həyatını itirib, 6 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.