BAKI, 31 may. TELEQRAF

İran və ABŞ arasında aparılan nüvə danışıqlarında Tehranın əsas mövqeyi hökmranlığın rədd olunması prinsipinə əsaslanır.

Teleqraf xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

Nazir qeyd edib ki, Tehran Vaşiqton ilə aparılan müzakirələrdə bərabərlik və qarşılıqlı hörmətə əsaslanan yanaşma tələb edir, və bu çərçivədən kənar hər hansı bir təzyiq və diktəedici siyasət İran tərəfindən qəbul olunmayacaq.