BAKI, 30 may. TELEQRAF

“HƏMAS ABŞ-nin dəstəklədiyi yeni atəşkəs təklifinin onun tələblərinə cavab vermədiyini bəyan etdikdən sonra Qəzza zolağında tam gücdən istifadə edilməlidir”.

Teleqraf xəbər verir ki, bunu İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir deyib.

Ben-Qvir İsrail Baş naziri Benyamin Netanyahuya müraciət edərək bildirib: “HƏMAS təklif olunan razılaşmanı bir daha rədd etdikdən sonra, artıq heç bir bəhanə qalmayıb.

Çaşqınlıq, xaos və zəifliyə son qoyulmalıdır. Biz artıq çoxlu imkanları əldən vermişik. HƏMAS-ı son üzvünə qədər məhv etmək və darmadağın etmək üçün tərəddüd etmədən tam güclə (Qəzzaya) daxil olmağın vaxtı çatıb”.