
BAKI, 20 may. TELEQRAF
Tehran İranın nüvə proqramı ilə bağlı böhranın həlli üçün ABŞ ilə danışıqların beşinci raundunun vaxtı və yeri ilə bağlı təklif alıb.
Teleqraf xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi məlumat verib.
“İran və ABŞ arasında dolayı danışıqların növbəti raundu ilə bağlı təklif almışıq, bu, hazırda nəzərdən keçirilir”, - rəsmi bildirib.