BAKI, 17 may. TELEQRAF
İranın nüvə texnologiyası və uranı zənginləşdirmək hüququndan imtina etməsi mümkün deyil.
Teleqraf xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
“Biz nüvə proqramımızın tamamilə sülh məqsədli olduğunu sübut etməyə hazırıq, amma uranı zənginləşdirmək də daxil olmaqla, bu hüquqdan imtina etməyəcəyik,” – o vurğulayıb.
Nazir qeyd edib ki, İran ABŞ ilə dolayısı danışıqlara ciddi şəkildə qatılıb və qarşı tərəfə xoş niyyət nümayiş etdirib. Lakin ABŞ rəsmilərinin ziddiyyətli açıqlamaları bu prosesi çətinləşdirir və Vaşinqtonun səmimiliyinə şübhə yaradır.
İran XİN rəhbəri bildirib ki, ölkəsi bu hüquqlar uğrunda son 30 ildə ağır sınaqlardan keçib, ağır sanksiyalarla üzləşib və nüvə alimlərini şəhid verib. Buna görə də, ölkə sülh məqsədli nüvə texnologiyasından imtina etməyəcək.