BAKI, 17 may. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İsrail Baş naziri Binyamin Netanyahunun Qəzza sektoruna münasibətdən məyus deyil.

Teleqraf xəbər verir ki, bu barədə o, “Fox News”ə müsahibəsində deyib.

"Xeyr! Baxın, onun vəziyyəti çətindir... o, əgər mən prezident olsaydım, heç vaxt baş verməyəcək bir problemlə üzləşib", - Ağ Ev rəhbəri bildirib.