BAKI, 15 may. TELEQRAF

Qətər əmiri Şeyx Təmim bin Həməd əl-Tani ABŞ-ni İranın nüvə proqramı ilə bağlı böhranın hərbi yolla həllindən çəkindirməkdə mühüm rol oynayıb.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“İran çox şanslıdır ki, belə bir əmir var. Çünki o, onlar üçün mübarizə aparır. İrana ölümcül zərbə endirməyimizi istəmir. O, davamlı olaraq deyir: İran sövdələşə bilər.

Düşünürəm ki, İran əmirə çox minnətdar olmalıdır, çünki çoxları mənə sadəcə zərbə endirməyi məsləhət görür, heç kim bizi məğlub edə bilməz. Dünyanın ən güclü ordusu ABŞ-dədir, nə Çin, nə də Rusiyada – bizdədir. Biz İŞİD-i cəmi üç həftəyə məhv etmişik”, - ABŞ prezidenti vurğulayıb.