BAKI, 30 aprel. TELEQRAF
"İsrail Rəfahdan (Qəzza zolağı) Hermon dağına (Suriya) qədər döyüşləri davam etdirək".
Teleqraf xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.
“Düşmənlərimiz üzərində qəti qələbə qazanacağıq”, - baş nazir vurğulayıb.
İsrail müdafiə naziri İsrael Katz da ölkəsinin Qəzzada əsas məqsədinin heç bir güzəştə getmədən qələbəyə nail olmaq olduğunu bildirib.
Müdafiə naziri qeyd edib ki, İsrail ordusu ölkənin təhlükəsizliyi üçün Livan və Suriyadakı təhlükəsizlik zonaları, Hermon dağı, İordan çayının qərb sahilinin şimalı və Qəzzadakı mövcudluğunu davam etdirəcək.