BAKI, 30 aprel. TELEQRAF

İranın nüvə proqramı ilə bağlı yaranmış böhranın həlli üzrə Tehranın və Vaşinqtonun iştirak edəcəyi növbəti danışıqlar raundu mayın 3-də İtaliyanın paytaxtı Romada gerçəkləşəcək.

Teleqraf xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

O qeyd edib ki, bu danışıqlar birbaşa olmayacaq və əvvəlki raundlarda olduğu kimi, bu dəfə də vasitəçi rolunu Oman Krallığı oynayacaq:

“Omanın təklifi ilə növbəti raund Romada keçiriləcək".

Danışıqların əsas məqsədi İranın nüvə fəaliyyətləri ilə bağlı gərginliyin diplomatik yolla həllinə nail olmaqdır.