BAKI, 26 aprel. TELEQRAF
Fələstinin HƏMAS hərəkatı atəşkəslə bağlı danışıqlar aparmaq üçün nümayəndə heyətini Misirin paytaxtı Qahirəyə göndərib.
Teleqraf xəbər verir ki, bu barədə hərəkatın Teleqram kanalında rəsmi açıqlama verilib.
Məlumatda bildirilir ki, HƏMAS üzvləri şənbə günü səhər saatlarında Qahirəyə çatıb və artıq Misir rəsmiləri ilə Qəzza zolağında atəşkəsin əldə olunması, israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsi məsələlərini müzakirə etməyə başlayıblar.
HƏMAS danışıqlardan gözləntilərini də açıqlayıb. Hərəkatın mövqeyinə görə, razılaşma İsrail ordusunun Qəzzadan tamamilə çıxmasını və anklavın bərpasına başlanmasını nəzərdə tutmalıdır.