BAKI, 24 aprel. TELEQRAF
İran nüvə proqramı ətrafındakı böhranın həlli üçün ilk addımı atmağa hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
“Tehran nüvə proqramı ətrafında yaranmış böhranın aradan qaldırılması məqsədilə ilk addımı atmağa hazırdır”, - nazir qeyd edib.
O, bu məqsədlə Paris, Berlin və Londona səfər etməyə hazır olduğunu açıqlayıb.