BAKI, 21 aprel. TELEQRAF

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-nə planlaşdırılıb.

Teleqraf xəbər verir ki, bunu İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.

O, səfərin iki ölkə arasında əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini də vurğulayıb.