BAKI, 12 aprel. TELEQRAF

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə danışıqlar aparmaq məqsədilə Omana səfər edib.

Teleqraf xəbər verir ki, bu barədə İranın dövlət informasiya agentliyi ISNA məlumat yayıb.

Onu Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi, siyasi məsələlər üzrə nazirin müavini Məcid Taxt Rəvançi, beynəlxalq və hüquqi işlər üzrə müavini Kazem Gharibabadi, sanksiyaların aradan qaldırılması, nüvə məsələləri üzrə yüksək səviyyəli müzakirəçilər və müvafiq ekspertlər müşayiət edir.

ABŞ tərəfdən danışıqlarda iştirak edəcək şəxs Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffdur.

Qeyd edək ki, bu gün Omanda ABŞ və İran nümayəndələrinin görüşü keçiriləcək.

Görüş zamanı İranın nüvə proqramı ətrafında vəziyyətin nizamlanması parametrlərini müzakirə etməyi planlaşdırırlar.