.jpg)
BAKI, 17 mart. TELEQRAF
Avropa İttifaqı 2025 və 2026-cı illər üçün Suriyaya 2,5 milyard avro ayıracaq.
Teleqraf "İnterfaks" nəşrinə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Brüsseldə keçirilən beynəlxalq donor konfransında deyib.
O, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının məlumatlarına istinad edərək, bu il 1,5 milyon suriyalının öz ölkələrinə qayıda biləcəyini bildirib.
Von der Leyen Avropanın Suriyaya yönəli üç prioritetinin olduğunu vurğulayıb. Humanitar ehtiyacların ödənilməsi, sosial-iqtisadi bərpanın dəstəklənməsi və ölkədə inklüziv siyasi prosesin təşviq edilməsi. AK rəhbəri digər donorları da Suriyaya yardım etməyə çağırıb.