
BAKI, 17 mart. TELEQRAF
"ABŞ Prezidenti Donald Trampın İranın ali rəhbəri Əli Xameneyiyə məktubunun məzmunu onun ictimai ritorikasından çox da fərqlənmir, Tehran məsləhətləşmələr başa çatdıqdan sonra cavab verəcək".
Teleqraf xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqayi deyib.
“Hazırda Trampın məktubunu yayımlamaq üçün heç bir əsasımız yoxdur. Bu məktubla bağlı mətbuatda dərc olunanların hamısı fərziyyədir və heç bir əsası yoxdur. Trampın ictimai açıqlamalarını nəzərə alsaq, bu məktubun məzmunu çox da fərqli deyil”, - diplomat bildirib.