
BAKI, 17 mart. TELEQRAF
Livanın “Hizbullah” Hərəkatının üzvləri Suriya ordusunun üç əsgərini pusquya salaraq Livana qaçırıblar.
Teleqraf xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik “Hizbullah” üzvlərinin üç suriyalı əsgəri edam etdiklərini bildirib.
Suriyanın rəsmi agentliyi SANA öldürülən əsgərlərin cəsədlərinin Livanın sərhəd qəsəbəsi Qəsrdə tapıldığını və ölkənin aidiyyəti qurumları tərəfindən Dəməşqə təhvil verildiyini bildirib.