BAKI, 17 mart. TELEQRAF

İranın Yəməndə dəstəklədiyi “Ənsarallah” Hərəkatı (husilər) son 24 saat ərzində ABŞ gəmilərinə iki hücum həyata keçirib.

Teleqraf xəbər verir ki, husilər bu addımı ABŞ-nin Yəmənə hava zərbələrinə cavab olaraq atdıqlarını deyiblər.

Hərəkatdan bildirilib ki, son 24 saat ərzində Amerikanın Qırmızı dənizdəki “USS Harry S. Truman” təyyarədaşıyan gəmisi və digər bir neçə döyüş gəmisinə raket və PUA-lar atılıb.

Husilər həmçinin Qəzza zolağında mühasirə götürülənə qədər İsrail gəmilərini də hədəfə alacaqlarını vəd ediblər.