Bakının Xəzər rayonunda evlərdən oğurluq edən qaraçı qadınlar həbs edilib.

Teleqraf.com xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 2-də Zirə qəsəbəsində yaşayan Elnur Çələbiyevin evindən oğurluğa cəhd göstərmiş Yevlax rayon sakinləri İlhamə Olamadze və Turanə Əhmədova tutulublar.


Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların daha 2 evdən pul və qızıl əşyalar oğurlamaları da müəyyən edilib.

Hacı Zeynalov